Əhmədov və Abasov üçün qələbəni şərtləndirən VACİB MƏQAMLAR

23 Noyabr 2022 14:00 Azərbaycan Futbolu 349
Əhmədov və Abasov üçün qələbəni şərtləndirən VACİB MƏQAMLAR

Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha üç matçı bu gün baş tutacaq.

“Zirə” və “Sabah”ın uyğun olaraq “Mingəçevir” və “Qaradağ Lökbatan” önündə favorit olduğu şübhəsizdir.

Ötən gün digər Birinci Divizion təmsilçiləri kimi, yuxarıda adıçəkilən klubların da Premyer Liqa klublarına surpriz etməsi ehtimal belə olunmur.

Amma günün digər matçını maraqla gözləməyə dəyər. Belə ki, “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Qarşılaşmanı maraqlı edən isə bir neçə məqam var.

Əvvəla, hər iki kollektiv də Premyer Liqa təmsilçilərdir.

Digər tərəfdən Premyer Liqada ciddi hədəfləri qalmayan bu komandaların ciddi nəticə əldə etmələri baxımından yeganə yol ölkə kubokundan keçir

Və burada bu komandaların şansları kifayət qədər var. Çünki cütün qalibi növbəti mərhələdə hər iki komandadan heç də büdcəsinə, heyətinə görə irəlidə olmadığı “Turan Tovuz”dur.

Gələn ay baş tutacaq ¼ final mərhələsin indiki heyətlə də uğurla adlamaq olar.

Hə, davamında artıq kifayət qədər gücli komandalar bu klubları gözləyir.

"Kəpəz" və "Sumqayıt" adına sevindirici məqam odur ki, ¼ final mərhələsindən sonra kubok yarışlarına fasilə veriləcək. Bir də təxminən 4 aydan sonra yarımfinal qarşılaşmaları keçiriləcək.

Ona kimi isə göründüyü qədəri ilə böyük zaman var. Bilirik ki, qış fasiləsində həm Samir Abasov, həm də Tərlan Əhmədov heyətə əməlli-başlı əl gəzdirmək barədə düşünürlər.

Bir sözlə, tərəflər yeni kollektiv formalaşdırmağın astanasındadırlar. Və bundan sonra yetərli görünən zamanda daha iddialı qurula biləcək komanda ilə yarımfinalda “Neftçi”yə belə diş göstərmək olar.

Bütün bunlardan hali olan hər iki klub da bugünkü matçda qələbə üçün bütün güclərini qoyacaqlar.
Ki, finala gedən rahat yolu və xeyrli püşkü lazımınca dəyərləndirmək mümkün olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı