Azərbaycanda 2 ildən sonra iki legioner…

28 Yanvar 2022 00:50 Azərbaycan Futbolu 1 011
Azərbaycanda 2 ildən sonra iki legioner…

Gələn həftə Azərbaycan futbolunda 2021/22 mövsümünün ikinci yarısı başlayacaq.

Sportinfo.az xəbər verir ki, fevralın ilk iki günü Azərbaycan kubokunun matçları ilə əlamətdar olacaq.

1/4 final mərhələsinin ilk görüşləri ötənilkindən bir diqqətçəkən məqamla fərqlənəcək. Bir il əvvəl bu mərhələdə legioner baş məşqçi yox idisə, bu dəfə iki əcnəbi 1/4 final həyəcanı yaşayacaq.

Rusiyalı Murad Musayev “Sabah”ı, belaruslu Aleksey Baqa “Sumqayıt”ı yarımfinala daşımağa çalışacaq. Bununla da iki ildən sonra iki legioner 1/4 finalda iştirak edəcək.

Rekord isə 5-ə bərabərdir. 2007/08 və 2013/14 mövsümlərində bu mərhələdəki baş məşqçilərin yarıdan çoxu xarici olub. Legioner mütəxəssisin 1/4 final həyəcanı yaşaması ilk dəfə 2004/05 mövsümündə qeydə alınıb.

1/4 finalda legioner baş məşqçilərin sayı:
2004/05 - 3
2005/06 - 2
2006/07 - 2
2007/08 - 5
2008/09 - 4
2009/10 - 3
2010/11 - 4
2011/12 - 3
2012/13 - 3
2013/14 - 5
2014/15 - 4
2015/16 - 2
2016/17 - 2
2017/18 - 1
2018/19 - 1
2019/20 - 2
2020/21 - 0
2021/22 – 2

Cədvəldə sırf 1/4 finalda iştirak edən məşqçilərin sayı nəzərə alınıb. Onlardan bəziləri iki qarşılaşmadan yalnız birində iş başında olub.

Komandasını 1/4 finala çıxaran, lakin vəzifəsini tərk etdiyi üçün bu mərhələni görməyən, həmçinin yarımfinal ərəfəsində bu vəzifəyə gətirilənlər nəzərə alınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"