"Bunu "Neftçi" və "Qarabağ"ın məşqçiləri daha yaxşı bilər" - sabiq "Neftçi"li

8 Aprel 2021 20:20 Azərbaycan Futbolu 1 394
"Bunu "Neftçi" və "Qarabağ"ın məşqçiləri daha yaxşı bilər" - sabiq

"Bu futboldu. Hər bir nəticə ola bilər. Nəinki mən, hətta böyük əksəriyyət fasilədən sonra "Qarabağ" və "Neftçi"ni qalib tərəf kimi görürdü".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev "Qarabağ" və "Neftçi" arasında gedən çempionluq mübarizəsini dəyərləndirərkən deyib.

Bir vaxtlar "Neftçi"ni də çalışdırmış təcrübəli mütəxəssis "çempionluq üçün hansı detallara daha çox diqqət etmək lazımdır?" sualına isə belə cavab verib: "Hər şey mümkündür. Bunu komandanın məşqçiləri daha yaxşı bilər. Rəqabətin "Qarabağ" və "Neftçi" arasında getməsinə öyrəşmişik. Hər iki komandaya uğurlar arzu edirəm. Çempionluq üçün nəyə diqqət etmək lazım olduğunu baş məşqçilər özləri daha yaxşı bilir. Çünki daima komandanın içində olan onlardı. Bu haqda nəsə demək istəməzdim. Hər biri çempionluğa layiqdir. Hansınısa fərqləndirməzdim".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!