Azərbaycanda bu cür qolları boşa verən komanda var - VİDEO

4 Noyabr 2023 18:40 II Divizion 1 117
Azərbaycanda bu cür qolları boşa verən komanda var - VİDEO

Azərbaycan II Liqasında IX turun görüşləri keçirilib.

Lider "Baku Sportinq" Qaxda "Kürmük”ün qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 46-cı dəqiqədə vurulub.

Elməddin Hüseynzadə qapıçının yersiz yerə çıxmasından bəhrələnib. Bu, meydandakı gərginliyi özündə əks etdirmir.

Qonaqlar azı 5-6 qol epizodunu boşa verib. Hətta bir-iki metr məsafədən boş qapıya düşə bilməyiblər.

Fraqmentlərə baxsaz, özünüz də görəcəksiz ki, necə fürsətləri dəyərləndirməyi bacarmayıblar.

Baş hakim Ramin Quliyev də "Baku Sportinq”ə simpatiya bəsləyib. Referi ilk hissədə Bəxtiyar Soltanovun cərimə meydançası daxilində kobud hərəkətinə göz yumub.

Xallarını 22-yə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 1 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 120 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Ağadur Mahmudov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Büsat Süleymanov, 32 (qeyri-idman hərəkəti); Roma Dukaşvili, 75 (qeyri-idman hərəkəti); Elcan Hafizli, 85 (hakimin qərarına etiraz) // Vüqar Rəhimov, 34 (hakimin qərarına etiraz); Emin Hüseynzadə, 83 (qeyri-idman hərəkəti); Hüseyn Əliyev, 85 (qeyri-idman hərəkəti)
Qol: Elməddin Hüseynzadə, 46
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
88. Elçin Süleymanov
61. Şamil Rəcəbli
(3. Emil Eyvazlı, 80)
9. Nail Təhməzli
14. Vüqar Məmmədli
(10. Elcan Hafizli, 54)
77. Roma Dukaşvili
16. Büsat Süleymanov
11. Nurlan Camallı
(26. Fuad Osmanlı, 62)
99. Elvin Süleymanov
(22. Fərid Məhyəddinov, 80)
Ehtiyat oyunçular:

1. Murtuzəli Cabbarov
23. Elvin Abidli
13. Sərxan Mirzəyev
6. Təbriz Hacıyev
4. Təbriz Feyzullayev
2. Cəlil Əhmədov
17. Musa Kərimli
21. Rəvan Qurbanzadə

Baş məşqçi: Telman Kərimov

“Baku Sportinq”

22. Vaqif Şirinbəyov
13. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
(6. Ağası Babayev, 79)
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
10. Elgün Abbaslı
7. Məhəmməd Xəlilov
(16. Emin Hüseynzadə, 72)
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
44. Vüqar Rəhimov
99. Hakan Həsənov
(2. Ramil Rüstəmov, 90+2)
Ehtiyat oyunçular:
1. Cəfər Əlizadə
Baş məşqçi: Elman Sultanov

Digər Xəbərlər
Xəbər Lenti