Premyer Liqa matçındakı insidentin yeni detalları - 7 nəfər sərbəst buraxıldı

14 Aprel 22:55 Azarkeş 1 029
Premyer Liqa matçındakı insidentin yeni detalları - 7 nəfər sərbəst buraxıldı

Premyer Liqanın 30-cü turunun "Sumqayıt" - "Zirə" matçının insidentlə yadda qalmasını xəbər vermişdik.

Belə ki, qarşılaşmanın ikinci yarısına təsadüf edən gərginlik meydan sahiblərinin "kimyaçılar" azarkeş qrupunun üzvləri ilə stadionun təhlükəsizlik qüvvələri arasında yaşanıb.

Başverənlərə etiraz edən fanklub üzvləri bir müddət olduqları tribunanı tərk edib, təkrar geri qayıdıblar.

Başverənlərlə bağlı bəzi detalları öyrənmişik.

Redaksiyamıza verilən məlumata görə, hadisə tərəfdarların pirotexnikadan istifadə etməsi səbəbindən baş verib.

Tərəflər arasında uzanan mübahisə sonda 7 azarkeşin polis bölməsinə aparılması ilə nəticələnib.

Klubun mühafizə xidmətinin rəhbəri Elnur İbişovun səyi nəticəsində aparılanlardan 5-i elə həmin gün sərbəst buraxılıb.

Digər iki nəfər isə növbəti gün evlərinə buraxılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti