"Neftçi" 8-ci km stadionunda "Jelezniçar"ı qəbul edir.
Görüşü izləmək üçün Bosniya və Hersoqovinadan ölkəmizə 80-ə yaxın azarkeş təşrif buyurub.
Oyunun startından 30 dəqiqə əvvəl qonaqlar üçün ayrılmış sektorda yerini tutan "Jelezniçar" azarkeşləri üçün təhlükəsizlik tam təmin olunub.
Belə ki, qonaqların yer aldığı tribunanın sağ tərəfi boş saxlanılıb. Bundan başqa, fanatlar xüsusi polis dəstəsu tərəfindən tam qorunur.
Oyunun startından bir neçə dəqiqə əvvəl "Jelezniçar"ın futbolçuları fanatlarına yaxınlaşaraq onlara təşəkkür edib, əvəzində alqış görüblər.
Həmin an stadionu "Neftçi" sədaları bürüyüb.
İyulun 27-də Sarayevoda baş tutan ilk matç 2:2 hesabı ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ