“Qarabağ” nə edəcək? - Polşadakı azərbaycanlıların ƏSAS PROBLEMİ

2 İyul 2022 20:40 Azarkeş 1 447
“Qarabağ” nə edəcək? - Polşadakı azərbaycanlıların ƏSAS PROBLEMİ

“Qarabağ”ın “Lex”lə səfər qarşılaşmasında müəyyən mənada çətinliklə üzləşəcəyi məlumdur.

Rəqibin Polşanın son çempionu olması öz yerində.

Meydan sahibləri üçün əsas üstünlük həm də tribunalardan alacağı dəstəkdir. Poznan təmsilçisinin fanatları fəallığı və rəqibə təzyiq göstərməsi ilə ölkədə ad çıxarıb.

Polşada kifayət qədər azərbaycanlının işləyib, təhsil aldığını nəzərə alsaq, stadionda xeyli sayda soydaşımıza rast gəlməyimiz mümkündür.

Böyük əksəriyyət paytaxt Varşavada yaşasa belə, oyun günü Poznana yollanacaqlarına ümid edə bilərik.

Azərbaycanlı futbolçu, U-21 millimizin sabiq üzvü, hazırda Varşavada bərbərliklə məşğul olan Pərvin Paşayev də indidən Poznana yollanmağın planlarını qurur.

Paşayev Sportinfo.az-a açıqlamasında Polşanın paytaxındakı hazırkı durumla bağlı danışıb:

“Burada “Qarabağ”ın oyununa hədsiz maraq var. Matçı stadiondan izləmək istəyən o qədər azərbaycanlı var ki...

Sadəcə, Varşava ilə Poznan arasında məsafə böyükdür. Oyun həftəiçidir, hamı işdə olur. İşdən çıxıb o boyda yol getməklə də matça çatmaq olmur.

Yoldaşlarla aramızda danışırıq, plan qururuq, amma hələ tam qərar verilməyib. Açığı, bir az da bilet problemi var. Bilet tapa bilsək, böyük ehtimalla oyun günü stadionda azı 30-40 nəfərlə “Qarabağ”a dəstək olarıq”.

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” görüşü iyulun 5-də keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"