"Turan" və "Kəpəz" üçün "Neftçi"dən "Xoş gəldin"

7 May 2022 14:40 Azarkeş 1 396
"Turan" və "Kəpəz" üçün "Neftçi"dən "Xoş gəldin"

Bildiyiniz kimi dünən AFFA-nın Lisenziyalaşdırma qrupu "Turan Tovuz" və "Kəpəz"ə lisenziya verilməsi barədə qərar çıxardı.

Bununla da hər iki tarixi klubun Premyer Liqada çıxış etməsində heç bir maneə qalmadı.

Bütün futbol ictimaiyyəti qərb təmsilçilərinin yüksək liqaya qayıtmasına sevinir. Təbrik təbrikə qarışıb. Hətta növbəti mövsüm adıçəkilən komandalara rəqib olacaq klubun fanatları da sevinc içindədirlər. Məsələn, son çempion "Neftçi" azarkeşləri kimi.

Belə ki, "ağ qaralar"ın ən böyük azarkeş səhifəsi "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya qayıtmasına səssiz qalmayaraq "Xoş gəldiniz" başlığı altında post payşalıb.

Posta çox saylı "Neftçi" fanatlarından eyni məzmunda şərhlər gəlib. Yazılanlar bir daha göstərir ki, azarkeşlər bölgə səfərləri üçün çox darıxıblarmış. Fanatlar Lənkəran, İmişli, Yevlax kimi bölgələrin komandalarının da tezliklə Premyer Liqaya qayıtmasını arzulayıblar. Aşağıdakı fotoda məlum post olduğu kimi əks olunub.

Digər Xəbərlər
Xəbər Lenti