AFFA "Qarabağ"ı çempionluq münasibətilə bu cür "təbrik etdi"

7 May 2022 00:30 Azarkeş 2 035
AFFA "Qarabağ"ı çempionluq münasibətilə bu cür "təbrik etdi"

AFFA İntizam Komitəsi (İK) "Qarabağ"ı azarkeşlərinə görə cərimələyib.

Sportinfo.az xəbər verir ki, fanatlar "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin cavab oyununda kütləvi şəkildə təhqiramiz ifadələr işlədiblər.

"Köhlən atlar" bunun üçün 4000 manat cərimə olunub.

Tərəfdarlar "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında pirotexnikadan istifadə etdiyi üçün Ağdam təmsilçisini 800 manat ziyana salıb.

Bundan əlavə, azarkeşlər "Sabah"ın rəsmisi Dadaş Zeynalova fiziki təsir göstəriblər və kluba əlavə olaraq 4000 min manat cərimə kəsilib.

"Qarabağ"ın futbolçusu Patrik Andrade ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza ilə üzləşib, kluba 200 manat cərimə tətbiq olunub.

Digər Xəbərlər
Xəbər Lenti