"İmarət" "Marsel"ə diqqət çəkdi, "Qarabağ" rəsmilərinə "İLİŞDİ" - FOTO FAKT

6 May 2022 16:40 Azarkeş 1 263
"İmarət" "Marsel"ə diqqət çəkdi, "Qarabağ" rəsmilərinə "İLİŞDİ" - FOTO FAKT

Konfrans Liqasının yarımfinalının "Marsel" - "Feyenoord" cavab oyunundan (0:0) əvvəl meydan sahiblərinin azarkeşləri UEFA-ya etdikləri "sürpriz"lə yadda qaldı.

Fransalı fanatlar "Velodrom" stadionunda keçirilən matçın start fitindən əvvəl tribunada böyük "UEFA Mafia" koreoqrafiyası nümayiş etdiriblər. Həmçinin, azarkeşlər pirotexniki vasitələr də yandırıblar.

Başverənlər Fransa təmsilçisinin Konfrans Liqasındakı rəqiblərindən olan "Qarabağ"ın "İmarət" azarkeş qrupunun da diqqətindən qaçmayıb.

Belə ki, zaman-zaman avrokubok matçlarında azarkeş qrupunun müxtəlif bannerləri "Qarabağ" rəsmiləri tərəfindən UEFA-nın qadağaları səbəb göstərilərək stadiona buraxılmayıb.

Bunu nəzardə tutan "İmarət"çilər öz sosial şəbəkə hesablarından həmin şəxslərə etiraz olaraq paylaşım ediblər.

Sitat: “UEFA MAFIA'' "Feyenoord" matçında Marsel tribunası.
Bizim stadionda bunun onda birini eləmək istəsək bir nəfəri də içəri almazlar.
Gözünüzə işıq verin bəylər !
Azarkeş kukla və ya robort deyil.
Azarkeş azad və kreativ olmalıdır.
Bizim cəmiyyət və futbol ictimaiyyəti azarkeşə
axırıncı element kimi baxır.Nə qədər acı olsa da bu reallıqdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"