“Son 1 gün” – Bölgə klubunun azarkeşlərinə MESAJ VAR

5 May 2022 23:20 Azarkeş 1 149
“Son 1 gün” – Bölgə klubunun azarkeşlərinə MESAJ VAR

“Elə bir adamla görüşdüm ki, “Kəpəz” azarkeşləri üçün hər şey super olacaq”.

Bu sözləri “Kəpəz”də azarkeşlərlə əlaqələndirici postunu tutan Elmar Əliyev “feysbuk” səhifəsində yazıb.

Bildiyiniz kimi, Gəncə təmsilçisinin növbəti mövsümdə Premyer Liqada iştirak edəcəyi böyük ölçüdə dəqiqləşib. Hazırda son tamamlanma işləri gedir ki, yaxın günlərdə məsələ ilə bağlı qərar açıqlanacaq.

Əliyev gəncəli futbolsevərlərə səslənərək onları təxirbata uymamağa və səbrli olmağa səsləyib:

“Dəstək vermək lazımdır. Son 1 gün. Kim nə danışır, özü bilər. Kim nə edir, özünə edir. Kim “Kəpəz” üçün əziyyət çəkirsə, minnətdarlıq etmək lazımdır. Təxribata uymayın, hamı bir olmalıdır. İnkişaf üçün dəstək və ancaq dəstək”.

Elmar Əliyevin məlum paylaşımına “Kəpəz” fanatlarından müxtəlif reaksiyalar gəlib. Böyük əksəriyyət komandanın Birinci Diviziondakı durumundan narazılığını bildirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"