"Qarabağ"ın haqq etmədiyi ACI MƏNZƏRƏ

5 May 2022 20:00 Azarkeş 1 583
"Qarabağ"ın haqq etmədiyi ACI MƏNZƏRƏ

"Qarabağ" tarixində 9-cu çempionluğunu sona 3 tur qalmış rəsmiləşdirdi.

25-ci tur çərçivəsində "Sabah"ı qəbul edən komandaya bunun üçün bərabərlik (1-1) yetərli oldu.

Amma son illər ölkə futbolunun yükünü çiyinlərində daşıyan "köhlən atlar" xoş günündə xoş mənzərə ilə qarşılanmadı. Qurban Qurbanovun yetirmələrini özəl gündə cəmi 1800 azarkeş tək buraxmadı. Qonaq fanatları, rəsmi şəxsləri çıxsaq sayın heç 1500-ü keçmədiyini deyə bilərik.

Halbuki matçdan əvvəl cəmi 4677 azarkeş tutumu olan "Azərsun arena"nın tam dolması üçün meydan sahibləri öncəki matçlar 1 manata satılan biletləri pulsuz etmişdi. Amma yenə tribunalarda lazım olan anışlaq yaşanmadı.

Təsəvvür edin ki, turun ən lazımsız və autsayderlərin üz-üzə gəldiyi "Şamaxı" - "Səbail" qarşılaşmasına 2200 azarkeş gəldi, amma çempionun titul qazandığı oyuna 1800 azarkeş.

Mövsüm ərzində tribunalardakı boşluqları, say azlığını müəyyən səbəblərlə əlaqələndirib anlayış göstərmək olar. Bəs çempionluğun həll olunduğu matça nə söz?

Heç olmasa mövsümdə bircə oyun cəmi 4677 nəfərlik tutumu olan "Azərsun arena"nı doldurmaq olmazdımı?

Axı bu komandanın bu saydan dəfələrcə çox tərəfdarı olduğunu hamımız bilirik. Avropa arenasında ən zəif, əhəmiyyətsiz matçına bu saydan bir neçə dəfə çox tərəfdarın stadiona gəldiyinə şahid olmuşuq.

Bu komanda təkcə "İmarət"in və bir neçə yüz nəfərlik sıravi azarkeşin deyil də. Bu komandanın səfası hamının cəfası "İmarət" və bir neçə yüz nəfərlik sadə azarkeşin olmalı deyil də. Səfası kimi cəfasını da çəkməyi hamı bacarmalıdır. Əslində mövsüm boyu "ağdamlılar" dolu tribunalar önündə oynamağı haqq edir. Onu da keçdik, heç olmasa çempionluq görüşündə komandanı belə yalnız qoymaq doğru olmadı. Bu, "Qarabağ"ın haqq etdiyi münasibət deyil və ola bilməz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!