Sumqayıtda fırtına öncəsi səssizlik, yoxsa...

5 May 2022 19:00 Azarkeş 616
Sumqayıtda fırtına öncəsi səssizlik, yoxsa...

İl başa çatır "Sumqayıt" hələ də qələbə üzünə həsrətdir.

Kollektiv bu dəfə doğma meydanda "Neftçi" yə məğlub oldu - 0:2.

Biabırçı nəticələrə cavabdeh olan rəhbərliyin və baş məşqçinin heç nə olmayıbmış kimi davranışı isə davam edir.

Bunları qoydum kənara. Nə danışasıdılar ki? Danışmağa söz qoyublar? Elə sussalar daha yaxşıdır. Danışanda daha da betər günə düşəcəklər. Kəsəsi, üzrləri qəbahətlərindən betər olacaq.

Mənim ən çox təəccüb etdiyim yaranmış duruma yerli tərəfdarların göstərdiyi mövqedir.

Hətta uğurlu dönəmdə belə xal itkisi Sumqayıt tribunalarında narazılıq yaradırdı. Amma indi tam tərsidir. Həmin fanatlar susqunluq nümayiş etdirir.

Ardıcıl və biabırçı məğlubiyyətlət yaşanır, amma fanatlardan səs çıxmır ki, çıxmır. Müəyyən kəsim xaric. Bir qrup fanat artıq bir neçə görüşdü boykot qərarı verib. Yerdə qalanalar isə sanki vəziyyətlə barışıblar. 12 oyundu qələbə nə olduğunu bilməyən komandaya bəzən çəpik çalanlar da gözə dəyir.

Amma "Sumqayıt" tərəfdarı heç zaman belə olmayıb. Hər zaman komanda üzərində tələbkarlığını, varlığını göstərə bilib. Nəticələrdən çox elə bu münasibət "Sumqayıt" adına yaraşmır. Bəlkə də fırtına öncəsi səsizlikdir. Bəs o fırtına nə vaxt qopacaq? Cavab tapmaq üçün bir müddət də gözləmə mövqeyində başverənləri izləməyə davam edək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti