“Neftçi” kənardadır, bəs, “Forza Neftçi” haradadır?

4 May 2022 16:40 Azarkeş 957
“Neftçi” kənardadır, bəs, “Forza Neftçi” haradadır?

Ötən ili “qızıl”la başa vuran “Neftçi” cari mövsümü titulsuz başa vuracaq.

Çempionluğu “Qarabağ” vaxtından əvvəl bayram etdi, ölkə kubokundakı mübarizə isə vaxtında əvvəl – yarımfinalda başa çatdı.

Yayda avrokuboklardakı fiaskonun ardınca “ağ-qaralar”ın çempionat və kubokda da əsas hədəfə çata bilməməsi azarkeşlərin ciddi narazılığına səbəb olub.

Bakılıların “Zirə” ilə kubok mübarizəsinin cavab qarşılaşmasında penalti seriyasında meydanı başıaşağı tərk etməsindən sonra azarkeşlərin sosial şəbəkələrdəki üsyanı ürək ağrıdırdı.

Böyük əksəriyyət uğursuzluqda əsas günah sahibi kimi Samir Abasovu göstərsə də, aralarında klub rəhbərliyi ilə futbolçuları qınayanları da görmək olardı.

Açığı, bu cür durumda “ağ-qaralar”ın qatı azarkeşlərinin toplaşdığı “Forza Neftçi”dən də sərt reaksiya gözləyirdik.

Az qala hər məğlubiyyətdən sonra məşqçi və futbolçu heyətini, bəzi hallarda klub rəhbərliyində yer alanları “asıb-kəsən” “tribuna canavarlar”ı kubokdakı uğursuzluğa reaksiya vermədi.

Oyun başa çatandan bu yana qrupun rəhbəri Sübhan Əliyevlə əlaqə saxlamaq mümkünsüzə çevrilib. Əliyev zəng və mesajlara cavab vermir.

Düşünmək olardı ki, aktiv fəaliyyəti ilə diqqət çəkən “feysbuk” səhifəsində hər iki cəbhədəki uğursuzluğa reaksiya verər, fikir bildirər, mövqelərini ortaya qoyarlar. Lakin orada da sakitlik hökm sürür.

Daha doğrusu, səhifədə xəbərlər paylaşılır. Amma çempionluğun ardınca cari mövsümün titulsuz başa vurulmasına münasibət yoxdur.

Belə durumda ortaya sual çıxır: “Neftçi” kənardadır, “Forza Neftçi” hardadır?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"