Didərgin salınan bölgələr və azarkeş fərqi

4 May 2022 09:00 Azarkeş 966
Didərgin salınan bölgələr və azarkeş fərqi

Azarkeş fərqi...

Futbolun bəzəyi azarkeşdi. Meydanda çıxış edən rəqiblərdən, forma geyinən futbolçulardan çox tribunalarda olan azarkeşlərin sayı maraqlı oyun üçün daha çox zəmin yaratmış olur.

Bunu pandemiya dövründə "böyük beşlik" ölkələrinin derbi matçlarında əyani şahidlik etdik. Dünya ulduzlarının belə meydanda olduğu matçlarda tribunanın boşluğu görüşün səviyyəsini kifayət qədər aşağı salırdı.

Bəzən isə tam əksinə şahidlik edirik. Səviyyəsi yüksək olmayan klubların, keyfiyyəti aşağı olan futbolçuların olduğu matçlarda sürətli, maraqlı, dinamik oyunlara məhz azarkeşlərin sayəsində şahidlik edə bilirik.

Məsələn, "Şamaxı" - "Səbail" görüşü kimi. Bu gün Şamaxıda keçirilən və bərabərlik başa çatan oyun kifayət qədər gərgin və maraqlı 90 dəqiqə ilə yadda qaldı. Sırf tribunalarda yer alan 2000-ə yaxın fanata görə.

Oyunboyu meydanda sürət, baxımlı hücumlar, ikili mübarizələr və çox sayda qol epizodlarına şahidlik etdik. Qapıçıların əla seyvləri olmasaydı, hətta bolqollu qarşılaşma da görə bilərdik.

Eyni rəqiblərin dueli "ASKO arena"da və ya "ASK arena"da baş tutsaydı bugünkü mübarizəyə şahidlik edə bilərdikmi? Təbii ki, yox. Deməli, o ruh üçün azarkeş lazımdır. Azarkeşlər isə futboldan didərgin saldığımız bölgələrdədir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti