"Qarabağ"lıdan "siyasi mühacirlər"ə SƏRT ÇAĞRIŞ

17 Fevral 2022 22:20 Azarkeş 1 137
"Qarabağ"lıdan "siyasi mühacirlər"ə SƏRT ÇAĞRIŞ

"Qarabağ" bu gün Marseldə tarixi matça çıxacaq. Qarşılaşma ətrafında gərginlik pik həddədir. Daha bir narahatlıq isə "siyasi mühacirlər"lə bağlıdır.

Belə ki, son zamanlar komandamızın səfər oyunlarından xaricdə yaşayan "siyasi mühacirlər" öz maraqları üçün istifadə etməyə cəhd edirlər. Son belə cəhd "Bazel"lə səfər görüşündə müşahidə olunmuş, amma niyyət həyata keçməmişdi.

Ehtimalları nəzərə alan "Qarabağ" azarkeşləri hazırlıqlarını həm də buna uyğun qururlar. Ki, qonaq tribunada belə hallar yaşanmasın.

Məsələyə biganə qalmayan "İmarət"in ən fəal üzvlərindən sayıla Rüfət Muradi isə öz sosial şəbəkə hesabından etdiyi paylaşımda həmin qüvvələrə sərt çağrış edib:

"Qarabağ" tribunası və "Qarabağ" futbol klubu üzərindən piar qazanmağa çalışanlar, xal yığmaq istəyənlər, öz şərəfsiz əməllərini bu camiyənin damı altında gizlənərək, maskalanaraq icra etmək istəyən hər kəs "İmarət"in düşmənidir. Nə bizim kiməsə borcumuz, nə də kiminsə bizə borcu yoxdur. Bizim tək borcumuz bu vətənə xidmət və sədaqətdir. "Qarabağ" tribunasını, xüsusən də Avropadakı səfər tribunamızı özlərinə podium bilənlər, məhsul stadionu ilə səhv salanlar, kimlərəsə kopəklik edib, istədiyi vaxt tribunamıza girə biləcəklərini düşünənlər hər zaman olduğu kimi qarşılarında bizi görəcəklər. "Qarabağ" tribunası edilən heç bir pisliyi qarşılıqsız qoymaz, heç bir yaxşılığı da unutma!".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti