Fransızlar "Marsel"ə görə narahatlıq içində: "Heç yarıyadək dolmayacaq"

17 Fevral 2022 11:20 Azarkeş 2 609
Fransızlar "Marsel"ə görə narahatlıq içində: "Heç yarıyadək dolmayacaq"

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” matçı üçün bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, Fransa mətbuatı “Velodrom”dakı oyunda anşlaq olmayacağını iddia edib.

“La Provence” qəzetinin yazdığına görə, artıq 15 min bilet satılıb və oyun gününə kimi 20 min bilet satılmış olacaq:

“Stadionun dolmayacağı dəqiqdir. Baxmayaraq ki, klub tribunada 52 minə yaxın insanın olmasını hədəfləyir. "Velodrom" stadionun tribunasının yarısı belə dolmayacaq”.

“Marsel” – “Qarabağ” matçı 67 minlik tutumu olan “Velodrom” stadionunda saat 00:00-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti