Sumqayıtlı azarkeşlər futbolçulardan narazıdır

14 Fevral 2022 23:40 Azarkeş 1 083
Sumqayıtlı azarkeşlər futbolçulardan narazıdır

Qış fasiləsində gözlənilmədən Ayxan Abbasovla yolları ayıran "Sumqayıt" Aleksey Baqa ilə yola davam qərarı verdi.

Artıq mövsümün ikinci yarısında 3 matç arxada qalıb. Amma "kimyaçılar" hələ də özünə gələ bilmir.

Ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ" ilə bacarmayan (0:1, 1:1) ötən mövsümün finalçısı bu dəfə mübarizəni erkən dayandırmalı oldu.

Premyer Liqada isə qələbə qazanmaq yolunda ən münsaib rəqiblərdən sayılan "Səbail"lə matçda məğlubiyyətdən son anda qurtula bildi - 1-1.

Belə gedişata yerli azarkeşlər susmaq fikrində deyil. Səbr etmək də bir yerə qədərdir. Artıq uğursuzluğa tərəfdarlar tərəfdən ilk ciddi etiraz gəlib.

Belə ki, komandanın ən sadiq azarkeş qruplarından olan "Kimyaçılar" qarşıdakı matçları boykot etmək qərarı veriblər.

Qeyri-müəyyən vaxta kimi 120 nəfərlik üzvü olan fanklub komandaya can yandırmayan futbolçuları dəstəkləməkdən imtina edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti