Bilet üçün müraciət edən azarkeşlərin sayı bilindi - DÇ-2022

12 Fevral 2022 01:30 Azarkeş 528
Bilet üçün müraciət edən azarkeşlərin sayı bilindi - DÇ-2022

FİFA DÇ-2022-nin oyunları üçün bilet satışının ilk dövründə edilən müraciətlərin sayını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Qətərdə keçiriləcək mundiala bilet üçün 17 milyondan çox azarkeş müraciət edib.

Bu ilin dekabrının 18-də keçiriləcək final matçı üçün isə 1,8 milyon sorğu gəlib.

DÇ-2022 üçün ilk bilet satışı dövrü yanvarın 19-da başlayıb və fevralın 8-də bitib. Bilet sahibləri FİFA-nın rəsmi saytında təsadüfi püşklə müəyyənləşəcək. Bilet satışının 2-ci dövrü apreldə başlayacaq.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-nə qədər olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti