"Qarabağ"dan "Neftçi"yə "Buster doza" - FOTO+FAKT

9 Fevral 2022 16:00 Azarkeş 1 061
"Qarabağ"dan "Neftçi"yə "Buster doza"  - FOTO+FAKT

Azərbaycan Premyer Liqasında 15-ci tur dünən keçirilən "Səbail" - "Sumqayıt" qarşılaşması (1-1) ilə yekun vuruldu.

Tur həm də tarixi Azərbaycan derbisi sayılan "Neftçi" - "Qarabağ" matçı ilə yadda qaldı. Gərgin və diramatik keçən oyunda son çempion doğma meydanda hazırkı liderə məğlub oldu.

Qonaqlardan Kadi Borgesin dübuluna "Neftçi" yalnız Mert Çelikin təsəlli qolu ilə cavab verməklə kifayətləndi.

Tribubalardakı ajotaj meydandakı gərginlikdən heç də geri qalmırdı. 90 dəqiqə həm də iki əzəli rəqibin fanatlarının söz atışmaları ilə yadda qaldı. Hər iki fanat qrupu 90 dəqoqə susmaq bilmədilər.

Qapılar arxasına cəm olan "Forza Neftçi" və "İmarət Tayfa" azarkeş qrupları görüşə kifayət qədər ciddi hazırlaşdıqları saylarından da görmək mümkün idi.

Fanatların atmacaları oyun bitəndən sonra da davam elədi. Ən tutarlı və ciddi maraq yaradan paylaşım isə "İmarət Tayfa"dan gəldi.

Qonaqların ən böyük azarkeş qrupu öz sosial şəbəkə hesabından rəqibə səslənərək "Neftçi" PFK Buster dozanı qəbul etdi" paylaşımı ilə yadda qaldı.

Bildiyimiz kimi Buster peyvəndin gücləndirici dozası sayılır. Bir sıra ölkələr daxil Azərbaycanda da 3-cü peyvənd dozası olarq buster dozası təklif olunur O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq edilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti