"Sumqayıt"dakı yenilikdən NƏ XƏBƏR? - FOTOLAR

8 Fevral 2022 22:20 Azarkeş 791
"Sumqayıt"dakı yenilikdən NƏ XƏBƏR? - FOTOLAR

"Sumqayıt" Azərbaycan Premyer Liqasında oyunlarına ən çox azarkeş gələn klublarımızdandır. Söz yox ki, təmsil olunduqları şəhərdə kluba böyük maraq var. Belədə, komandanın fan-şopunun olmaması daim azarkeşlər tərəfindən narazlıqla qarşılanırdı.

Bir müddət əvvəl nəhayət ki, klub rəhbərliyi şəhər sakinlərini sevindirəcək addım atdı. Belə ki, komandanın fan-şopu fəaliyyətə başladı. Maraqlıdır, fan-şopun açılması necə effekt verdi? Klubun atributlarına maraq necədir? Bütün bu suallara cavab tapmaq üçün "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla söhbətləşdik.

Klub rəsmisi öncə qərarla bağlı geniş izah verdi: "Açığı bu ilə qədər fan-şop məsələsi ən problemli sahələrimizdən biri idi. Çünki azarkeşlərimiz, klubumuzu sevən şəhər sakinləri uzun illər idi ki, “Sumqayıt”ın geyim dəstləri və atributlarını əldə etmək üçün bizə müraciət edirdi. İnanın ay ərzində istər sosial şəbəkə üzərindən, istərsə də rəsmi meil vasitəsi ilə bu məsələ ilə bağlı kifayət qədər ismarıclar alırdıq. Bir müddət əvvəl hətta bu məsələni onlayn satış üzərindən həyata keçirməyi də planlaşdırmışdıq. Lakin sonradan bu işi portnyorlarımızdan olan Kontakt Home-la həyata keçirməyi qərara aldıq, onlar da sağolsunlar bu layihəni dəstəklədilər və şəhərimizdə 10-cu mikrarayonda yerləşən Kontakt Home mağazasında klubun geyim və atributlarının satışı üçün guşə yaradıldı. Ötən ilin son günlərində isə rəsmən satışa start verildi və bununla bağlı həmin mağazada açılış da etdik və azarkeşlərimizi bununla məlumatlandırmış olduq".

Məmmədov şəhər camaatının atributlara marağından razılığını dilə gətirdi: "Ümumi götürsək, satış guşəsi yeni açılsa da, tələbat var. Çox olmasa da mütəmadi olaraq satış həyata keçirilir. Qeyd edim ki, Kontakt Home mağazasında yerləşən guşədə klubun idman geyimləri ilə yanaşı bəzi aksesuarlarımız da satışa çıxarılıb".

Fan-şopun fəaliyyəti ilə bağlı paylaşımlarda azarkeşlərin qiymətlərdən narazılığı diqqət çəkdi. Klub rəsmisi narazılıqlarla bağlı isə bunları dedi: "Qaldı ki, qiymətlə bağlı ara sıra narazılıqlara, bunu normal qarşılamalıyıq. Çünki satılan bütün məhsullarımız orginaldır əsas futbolçularımızın geydikləri idman geyimlərinin eynisidir. Açığı, biz klub olaraq bu layihədən hər hansı bir qazanc güdmürük. İstəyimiz klubumuzu sevənlərin geyimləri əldə etmələridir. Qeyd edim ki, Sumqayıt şəhərində yerləşən Kontakt Home mağazasında hər bir azarkeşimiz oyun geyimlərinə istədiyi adı və nömrəni də yazdırmaq imkanına malikdir. Həmçinin geyim və aksesuarlarımızı onlayn olaraq da həmin mağazanın saytından əldə etmək mümkündür".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti