“Qarabağ”la “Neftçi” fanatları bu gün derbidə... NƏ EDƏCƏKLƏR?

7 Fevral 2022 16:40 Azarkeş 742
“Qarabağ”la “Neftçi” fanatları bu gün derbidə... NƏ EDƏCƏKLƏR?

Bu gün futbol ictimaiyyətinin diqqəti “Bakcel Arena”da olacaq.

Saat 19:00-da ötən ilin çempionu “Neftçi” cari mövsümdə çempionluöa əsas namizəd kimi göstərilən “Qarabağ”ı qəbul edəcək.

Hər iki komandanın azarkeşləri turun, həmçinin çempionatın mərkəzi qarşılaşmasına xüsusi hazırlaşıb.

“Neftçi”nin əsas fanat orudusu sayılan “Forza Neftçi” 1A sektorunda 300-ə yaxın azarkeşlə təmsil olunacaq. “Neftçimaniya”dan 50 nəfərin 90 dəqiqə susmayacağı gözlənilir.

Meydan sahibi “Neftçi” olsa da, “Qarabağ” fanatları özünü ev yiyəsi kimi aparmağa çalışacaq. Bunun üçün neçə gündür hazırlıq görülür.

“İmarət Tayfa” əks tribunadakı bakılı fanatlara varlığını göstərmək üçün “Bakcell Arena”ya 300-dən artıq azarkeşlə yollanmağı planlaşdırır. Onlarla yanaşı “Qarabağ Ordu”nun üzvləri yer alacaq.

Əldə etdiyimiz məlumata görə, ağdamlı tərəfdarlar onlar üçün ayrılmış sektorlarda 500 nəfər civarında olacaq ki, 90 dəqiqə boyunca həm “Qarabağ”a dəstək verəcək, həm bəstələr səsləndirəcək. Həm də pankart açılması nəzərdə tutulub.

“Qarabağ” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” topladığı 22 xalla 3-cü pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti