1-5 manat ver, Azərbaycan derbisinə canlı bax!

5 Fevral 2022 23:00 Azarkeş 1 000
1-5 manat ver, Azərbaycan derbisinə canlı bax!

Azərbaycan Premyer Liqasının XV turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.

Fevralın 7-də oynanılacaq "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti