260 milyon azarkeş AVRO-2020-nin Bakıdakı oyunlarını izləyib

2 Fevral 2022 12:10 Azarkeş 551
260 milyon azarkeş AVRO-2020-nin Bakıdakı oyunlarını izləyib

AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyununu ümumilikdə 260 milyon insan izləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə "AVRO-2020-nin irsi" mövzusunda hesabat məruzəsində AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev açıqlama verib.

O bildirib ki, qrup mərhələsinin İsveçrə - Uels görüşünü 52 milyon, Türkiyə - Uels qarşılaşmasını 71 milyon, Türkiyə - İsvrçrə matçını 27 milyon insan izləyib.

K.Vəliyev 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununa 110 milyon nəfərin televiziya ilə baxdığını vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti