"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - Klubdan açıqlama

18 İyul 2021 17:40 Azarkeş 2 413
"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - Klubdan açıqlama

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyununa bilet satışı davam edir.

Sportinfo.az bu barədə mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günə səhər saatlarına kimi 5 min bilet artıq satılıb.

Oyunun biletləri 16 iyuldan satışa çıxarılıb.

İyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" görüşü saat 20:00-da başlayacaq.

Cavab matçı isə 1 həftə sonra İsraildə oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi