UEFA-ya 24 zəmanət məktubu təqdim etdi - AVRO-2020 üçün

20 May 2020 14:50 AÇ-2020 5 344
UEFA-ya 24 zəmanət məktubu təqdim etdi - AVRO-2020 üçün

Rumiya Futbol Federiyası 2021-ci ilə təxirə salınan Avropa çempionatının oyunlarını paytaxt Buxarestdə qəbul etmək üçün UEFA-ya təminat məktubu göndərib.

Sportinfo.az xəbər verir ki, qurum AVRO-2020-yə ev sahibliyi etməsini yenidən təsdiqləməkdən ötrü 24 zəruri zəmanət məktubunu təqdim edib.

AVRO-2020-nin C qrupunun 3 oyunu və 1/8 finalın bir qarşılaşması Rumıniyanın ən böyük arenası olan Milli Stadionda keçiriləcək.

Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.

İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat