Azərbaycan ulduzların üzünə qapı açacaq – Narahat olmayın!

3 Mart 2020 10:24 AÇ-2020 886
Azərbaycan ulduzların üzünə qapı açacaq – Narahat olmayın!

UEFA dünyada sürətlə yayılmaqda olan koronavirusla bağlı vəziyyəti yaxından izləyir.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, UEFA koronavirus və onun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır:

“AÇ-2020 iyulun 12-də İtaliyanın paytaxt Romada başlayacaq. Hazırda turnirin planlaşdırılan cədvəlində bir dəyişikliyə ehtiyac yoxdu. Bu məsələ daim nəzarətdə saxlanılacaq".

AÇ-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. Hansı ki, İtaliya koronavirusun Avropada ən çox yayıldığı ölkədi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar