Bakıdan-UEFA-ya 18 min…

21 Fevral 15:52 AÇ-2020 361
Bakıdan-UEFA-ya 18 min…

UEFA Avropa çempionatı üçün müraciət edən könüllülərin sayını açıqlayıb.

Sportinfo.az qurumun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, AVRO-2020 üçün 159 ölkədən 37 min könüllünün müraciət etdiyi bəlli olub. Bu isə 2016-cı ildə Fransada keçirilmiş yarışdan 15 min çoxdur.

Bildirilib ki, artıq 12 min könüllü qeydiyyata alınıb. Könüllülük üçün müraciət edənlərin 18 faizi Bakıdan olub.

Növbəti sıralarda Rusiyanın Sankt-Peterburq şəhəri (16 faiz), İngiltərənin paytaxtı London (10 faiz) qərarlaşıb. İlk "5-liy"i İtaliyanın paytaxtı Roma (10 faiz) ilə Macarıstanın paytaxtı Budapeşt qapayır.

AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?