Yavaş-yavaş satılır - VİDEO

11 Fevral 2020 14:36 AÇ-2020 1 157
Yavaş-yavaş satılır - VİDEO

Şamaxıda idman jurnalistləri üçün media düşərgəsi təşkil olunur.

Sportinfo.az xəbər verir ki, iki gün davam edəcək düşərgədə Bakıda reallaşacaq futbol üzrə Avropa çempionatının təqdimatı da olub.

Martda maskot və kubok turu, eləcə də gerisayım qurğusunun açılışı həyata keçiriləcək. Apreldə isə Ulduzlar Finalı nəzərdə tutulub.

İndiyədək Bakıdakı qarşılaşmalar üçün 118 840 biletin alındığını deyən AVRO-2020 əməliyyat qrupunun koordinatoru Kamran Vəliyev isə satışın mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb.

AVRO-2020-nin 4 matçı Bakı Olimpiya Stadionunda oynanılacaq. Bunlardan 3-ü qrup, 1-i isə 1/4 final mərhələsinə təsadüf edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik