Millimizə 2 dəfə qalib gəlib AÇ-2020-yə çıxdı - 400 min qazandı

15 Yanvar 2020 16:52 AÇ-2020 994
Millimizə 2 dəfə qalib gəlib AÇ-2020-yə çıxdı - 400 min qazandı

AÇ-2020-nin seçmə qrup mərhələsində millimizə rəqib olmuş Uels yığmasının baş məşqçisi Rayan Giqqz ölkənin futbol assosiasiyasından 400 min funt sterlinq mükafat alıb.

Sportinfo.az xəbər verir ki, bu, britaniyalıların qitə çempionatının final mərhələsinə vəsiqə qazanması ilə bağlıdır.

UEFA AVRO-2020-nin hər bir iştirakçısına 8 milyon funt sterlinq ödəyəcək. Uels Futbol Assosiasiyası məbləğin üçdə iki hissəsini oyunçular və yığmada işləyən şəxslər arasında bölüşdürəcək.

Giqqz seçmə mərhələnin millimizlə hər iki görüşünü 3 xalla başa vurub. Bakıda 2:0-a sevinən uelslilər evdəki dueldən də qalib ayrılmışdılar - 2:1.

Komanda AÇ-2020-nin qrup mərhələsində yenidən Azərbaycan paytaxtına səfər edəcək. Belə ki, iki matçını Bakıda keçirəcək Giqqzin başçılıq etdiyi yığma A qrupunda İsveçrə, Türkiyə və İtaliya ilə yarışacaq. Təqvimə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels - İsveçrə, 17-də isə Türkiyə - Uels oyunu keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular