Sabiq "Xəzər-Lənkəran"lı: "Azərbaycan doğma evimizdir"

9 Yanvar 2020 14:30 AÇ-2020 886
Sabiq "Xəzər-Lənkəran"lı: "Azərbaycan doğma evimizdir"

2013/2014-cü illər mövsümündə "Xəzər-Lənkəran"ın baş məşqçisi olmuş Mustafa Dənizli Türkiyə millisinin AÇ-2020-dəki şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 4 il Türkiyə yığmasına rəhbərlik etmiş (1996/2000) 70 yaşlı mütəxəssis qrupdan çıxacaqlarına inandığını deyib.

Təcrübəli məşqçi "ay-ulduzlular"ın A qrupunda yer almasını üstünlük hesab edir: "Hələ püşkatma günü Türkiyə futbol ictimaiyyəti yaxşı qrupa düşdüyümüz qənaətinə gəlmişdi. Millimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaxalayıb. Bir çox turnirlərə qatılmışıq.

Amma ən uğurlu dönəm kimi son 20-25 ili göstərmək olar. Qrupdakı rəqiblərimizdən İsveçrə adətən sırf isveçrəlilərdən qurulmayan kollektivdir. Ancaq İtaliya çox güclüdür. İlk matçı onlara qarşı keçirəcəyimizi nəzərə alsaq, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidir. Bu baxımdan turnirə İtaliyada başlamaq məncə, üstünlükdür. Millimizə güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu performansla hara qədər gedəcəyimizi siz düşünün".

İtaliya, Türkiyə, İsveçrə və Uelsin yer aldığı A qrupunun oyunları Roma və Bakıda keçiriləcək. Türkiyə Uels və İsveçrə ilə qarşılaşmalarını Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti