“Milan” İbrahimoviçlə sürprizə imkan vermədi - AVROLİQADA GECƏNİN NƏTİCƏLƏRİ

18 Sentyabr 2020 02:00 Avropa Liqası 1 182
“Milan” İbrahimoviçlə sürprizə imkan vermədi - AVROLİQADA GECƏNİN NƏTİCƏLƏRİ

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin daha 42 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Əsas yolda 33, Çempionlar yolunda 9 matç baş tutub.

Bir görüş isə yarımçıq dayandırılıb. Bu, “Riqa” – “Tre Fiori” matçıdır. Əlverişsiz hava şəraiti oyunu başa çatdırmağa imkan verməyib və matç başqa vaxta təxirə salınıb.

Azərbaycan təmsilçisi “Neftçi” evdə “Qalatasaray”a 1:3 hesabı ilə uduzub. Günün ən böyükhesablı qələbəsini “Reyncers” qazanıb. Şotlandiyalılar səfərdə “Linkoln”un qapısından 5 cavabsız top keçirib.

Mərhələnin ən məhsuldar oyunu Serbiyada baş tutub. “Topola” və “Styaua” arasında qarşılaşmanın 120 dəqiqəsində 12 qol vurulub.

"Şemrok Rovers" - "Milan" oyununun taleyini bir qol həll edib. Qonaqların isveçli hücumçusu Zlatan İbrahimoviç yeganə qolun müəllifi olub.

“Proqress” (Lüksemburq) – “Villem II” (Niderland) 0:5

“Hammarbü” (İsveç) – “Lex” (Polşa) 0:3

B-36 (Farer adaları) – TNS (Uels) 2:2 (penaltilər 5:4)

“Kaysar” (Qazaxıstan) - APOEL (Kipr) - 1:4

“Ventspils” (Latviya) - “Rusenborq” (Norveç) - 1:5

“Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) - 0:1

“Teuta” (Albaniya) - “Qranada” (İspaniya) - 0:4

“Linkoln” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:5

“Botoşani” (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya) – 0:1

“Bodo Qlimt” (Norveç) - “Jalgiris” (Vilnüs, Litva) - 3:1

“Göteborq” (İsveç) - “Kopenhagen” (Danimarka) - 1:2

“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Tottenhem” (İngiltərə) – 1:2

“Neftçi” (Azərbaycan) - “Qalatasaray” (Türkiyə) - 1:3

“Riteryay” (Litva) - “Slovan” (Çexiya) - 1:5

“Olimpiya” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina) – 2:2

“Hibernians” (Malta) - “Fehervar” (Macarıstan) - 0:1

“Laçi” (Albaniya) - “Hapoel” (Beer-Şeva, İsrail) - 1:2

“Lokomotivi” (Gürcüstan) - “Dinamo” (Moskva, Rusiya) - 2:1

“Makkabi” (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) - 2:1

“Sfintul” (Moldova) - “Partizan” (Serbiya) - 0:1

ÇSKA (Sofiya, Bolqarıstan) - BATE (Belarus) - 2:0

OFİ (Yunanıstan) - “Apollon” (Kipr) - 0:1

“Aris” (Yunanıstan) - “Kolos” (Ukrayna) - 1:2

“Borats” (Bosniya və Herseqovina) - “Rio Ave” (Portuqaliya) - 0:2

“Kukesi” (Albaniya) - “Volfsburq” (Almaniya) - 0:4

“Pyast” (Polşa) - “Hartberq” (Avstriya) - 3:2

“Şemrok Rovers” (İrlandiya) - “Milan” (İtaliya) - 0:2

“Standard” (Belçika) - “Bala Taun” (Uels) - 2:0

"Mura" (Sloveniya) - “Orhus” (Danimarka) - 3:0

“Kolreyn” (Şimali İrlandiya) - “Motervell” (Şotlandiya) - 2:2 (penaltilər 0:3)

“Vikinq” (Norveç) - “Aberdin” (Şotlandiya) - 0:2

“Dunayska Streda” (Slovakiya) - “Yablonets” (Çexiya) - 5:3

“Osiyek” (Xorvatiya) - “Bazel” (İsveçrə) - 1:2

“Servett” (İsveçrə) - “Reyms” (Fransa) - 0:1

“Topola” (Serbiya) - “Styaua” (Rumıniya) - 6:6 (penaltilər 4:5)

“Honved” (Macarıstan) - “Malmö” (İsveç) - 0:2

“Ararat” (Ermənistan) - “Fola” (Lüksemburq) - 4:3

“Astana” (Qazaxıstan) - “Buduçnost” (Monteneqro) - 0:1

“Kuopio” (Finlandiya) - “Slovan” (Slovakiya) - 1:1 (penaltilər 4:3)

“Flora” (Estoniya) - “Reykyavik” (İslandiya) - 2:1

“Konnah Kuey” (Uels) - “Dinamo” (Tbilisi, Gürcüstan) - 0:1

“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino) - yarımçıq dayandırılıb

“Yurqorden” (İsveç) - “Europa” (Cəbəllütariq) - 2:1

“İnter” (Andorra) – “Dandalk” (İrlandiya) - 0:1

“Sileks” (Şimali Makedoniya) – “Drita” (Kosovo) - 0:2

“Linfild” (Şimali İrlandiya) - “Floriana” (Malta) - 0:1

Digər Xəbərlər
Xəbər Lenti