Məşhur baş məşqçini və futbolçuları Bakıda kim ağladıb?

19 Aprel 2020 12:15 Avropa Liqası 1 591
Məşhur baş məşqçini və futbolçuları Bakıda kim ağladıb?

“Yüksəlişiniz nə qədər çox olarsa, oyunçularla münasibət qurmaq bir o qədər çətindir. Ətrafınız çox dəyişir və münasibət qurmaq daha uzun çəkir”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Yuventus”un baş məşqçisi Mauritsio Sarri İngiltərə “Çelsi”sində işlədiyi dönəmdə futbolçularla çətin münasibətlərindən danışarkən deyib.

61 yaşlı mütəxəssis London təmsilçisinin oyunçuları ilə münasibətinin ziddiyyətli olduğunu söyləyib: “Amma komandadan ayrıldığımı deyəndə çoxları ağladı. Başqalarının başına vuran insanlardan deyiləm.

Tez-tez nəyi səhv etdiklərindən və nəyi daha az yaxşı etdikləri barədə danışıram. İnanıram ki, bu futbolçulara daha yaxşı təsir edir və bundan sonra sizə dəyər verməyi öyrənəcəklər”.

ötən mövsüm Sarrinin baş məşqçisi olduğu “Çelsi” Bakı Olimpiya Stadionunda baş tutan Avropa Liqasının finalında Londonun digər təmsilçisi “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib. İtaliyalı baş məşqçinin “Yuventus”la 2022-ci ilin yayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti