COP29

Onu Bakıda sevindirən olay: "Bir az gecikdik, gördüm ki…" - VİDEO

15 Noyabr 2023 09:00 Avropa Liqası 1 132
Onu Bakıda sevindirən olay: "Bir az gecikdik, gördüm ki…" - VİDEO

“Qarabağ”la oyundan sonra Almaniyaya qayıtmaq üçün hava limanında idik.

Uçuş bir az gecikdi, heyətlə tanış olmaq üçün vaxtımız oldu və siyahıda olduğumu gördüm”.

Sportinfo.az xəbər verir ki, bunu ilk dəfə İspaniyanın əsas millisinə dəvət alan “Bayer 04”ün futbolçusu Alexandro Qrimaldo İspaniya Kral Futbol Federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

28 yaşlı cinah müdafiəçisi həmin vaxt ailəsi və dostları ilə danışa bilmədiyini söyləyib:

“Leverkuzenə çatanda telefonum mesajlarla dolu idi. Bu, sevincli anlar oldu”.

“Bayer 04” Bakıdakı oyunda “Qarabağ”ı minimal hesabla məğlub edib - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti