Nəhayət, azərbaycanlı futbolçu bu axşam o həyacanı yaşayacaq?

27 Fevral 2020 13:26 Avropa Liqası 1 805
Nəhayət, azərbaycanlı futbolçu bu axşam o həyacanı yaşayacaq?

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" da cavab matçına çıxacaq.

İngilislər səfərdə "Espanyol"un (İspaniya) qonağı olacaq. İlk qarşılaşmada millimizin hücumçusu meydana çıxmasa da, komandası 4:0 hesabı ilə rəqibini darmadağın etmişdi.

Bu baxımdan, ingilislərin növbəti mərhələyə keçəcəyi daha real görünür. Eyni zamanda Dadaşovun bu matçda meydana çıxa biləcəyi də ehtimallar sırasındadır.

Digər Xəbərlər
Xəbər Lenti