"Qarabağ"la aramızda elə böyük fərq yoxdur"

8 Noyabr 2019 21:20 Avropa Liqası 674
"Qarabağ"la aramızda elə böyük fərq yoxdur"

"Bizim üçün xüsusi gündür və yaxşı nəticə ilə bunu qeyd etmək xoşdur. Qələbə qazana bilməsəydik, heç də yaxşı olmayacaqdı".

Sportinfo.az xəbər verir ki, bunu APOEL rəsmisi Nektarios Petevinos deyib. Mətbuat xidmətinin rəhbəri yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la keçirilən oyunu (2:1) dəyərləndirib.

Petevinos qələbəyə baxmayaraq, hələ heç nəyin həll olunmadığını söyləyib: "Futbolda yaxşı oyun göstərməkdən çox nəticə önəmlidi. "Qarabağ"la matç isə qələbə qazandığımız oyun idi. Bu da komandanın xarakterini göstərir.

APOEL çətinliyi sevən və bu durumdan çıxmağı bacaran komanda olduğunu bir daha ortaya qoydu. Uğurlu nəticə ilə qrupdakı taleyimizi də yaxşılaşdırdıq. Hələ heç nə bitməyib.

Üç komandanın da növbəti mərhələ şansı davam edir. Bu üç klub arasında elə böyük fərq yoxdu. Sona qədər mübarizə davam edəcək".

Kipr klubunun nümayəndəsi V turda "Düdelanj"la səfərdə keçiriləcək qarşılaşma barədə də fikir bildirib: "Düdelanj"la oyun final matçına bərabərdi. Çünki Lüksemburq komandası da növbəti mərhələni hədəfləyir. Artıq xalqımız da bizi dəstəkləyir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"