Bu VİDEO “Qarabağ”ın ürəyindən XƏBƏR VERƏCƏK - MÜTLƏQ İZLƏYİN!

13 Mart 22:20 Avropa Liqası 2 863
Bu VİDEO “Qarabağ”ın ürəyindən XƏBƏR VERƏCƏK - MÜTLƏQ İZLƏYİN!

“Bayer”i üstələmək olarmı? Bunun üçün ilk yarım saat çox önəmlidir.

Burada psixoloji basqını adladsaq, ümidlər artar. Rəqibin bu dəfə rotasiya edəcəyini düşünmürəm.

İlk hissədə erkən qolla işi bitirməyə çalışacaqlar. Ona görə də start həyəcanını boğmaq çox vacibdir.

Bakıdakından daha çox güc sərf edilməlidir”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avropa Liqasının 1/8 finalının cavab oyununda Almaniyada “Bayer”in (Leverkuzen) qonağı olacaq “Qarabağ” haqda danışarkən maraqlı məqamlara toxunub.

Əlavə edib ki, bir həftə öncə Bakıda 2:2 hesabı ilə başa çatan ilk matçın revanşında rəqib güclü olsa da, "Qarabağ"ın nə edəcəyi önəmlidir:

“Bu matçda yenə ikinci zonada daha yaxşı təsir bağışlamaq lazımdır. Müdafiə xətti ilə yarımmüdafiə arasında məsafə uzun olmamalıdır.

Əgər uzun olarsa, işimiz çətin olacaq. "Qarabağ" topu özündə daha çox saxlamağa çalışarsa, rəqibin hücum ritmini poza bilər.

Romao-Marko Yankoviç tandemi komandamız üçün çox böyük üstünlükdür. Çünki mərkəzdə rəqibi bəzi məqamlarda daha sərt futbolla qarşılamaq lazımdır.

Bu isə Romaoda daha yaxşı alınır. “Bayer” Almaniya çempionatında lider olmaqla yanaşı, nümayiş etdirilən futbolla təqdir görürlər.

Biri var, rəqibə görə oyun anlayışı, biri də var, öz oyun planın. 3-4-3 oyun formatı, xüsusilə cinahdan təşkil edilən hücumlarla istənilən rəqibə qarşı başağrısı ola bilərlər.

Qranit Caka və Alexandro Qrimaldo komandanın oyun planında çox önəmli yerə sahibdirlər.

Xüsusilə top "Bayer"də olarkən, mərkəzdən oyun qurulmasında Topsoba və Tahın oyun ağlı komandanın zonalara yayılmasına müstəsna rol oynayır.

Rəqibin gücünü zəiflətmək üçün onlara qarşı təzyiqlə topu oyuna daxil etməməyə çalışmaq, hücumlar zamanı itirlən topu ən azı 5-10 saniyəyə qazanmaq lazımdır.

Çünki hücumlar zamanı məcburiyyətdən müdafiə də çox irəli çıxır. Nəticədə 40-50 metrlik boşluq yaranır.

"Qarabağ” hücum zamanı itirilən toplardan sonra bu məqama diqqət yetirməlidir. Çünki onlar uzun ötürmələrlə hər an təhlükəli epizodlar yaratmağı bacarır.

Bir sözlə, cinah oyununa üstünlük verməklə, xüsusilə soldan edəcəyimiz hücumlarla "Bayer"ə qarşı üstünlük qura bilərik”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!