“Bayer”in icraçı direktoru: ”Qarabağ”ı ciddi qəbul etməli, diqqətli olmalıyıq”

24 Fevral 01:00 Avropa Liqası 527
“Bayer”in icraçı direktoru: ”Qarabağ”ı ciddi qəbul etməli, diqqətli olmalıyıq”

"Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu “Bayer 04”ün icraçı direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışarkən deyib.

Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb:

"Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".

Tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti