“Qalatasaray” darmadağın oldu - Avroliqadan NƏTİCƏLƏR

23 Fevral 2024 03:10 Avropa Liqası 953
“Qalatasaray” darmadağın oldu - Avroliqadan NƏTİCƏLƏR

Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdırdığı gündə

Türkiyə çempionu “Qalatasaray” Praqa “Sparta”sına uduzaraq Avroliqa ilə vidalaşıb.

İki oyunun nəticəsinə görə rəqiblərindən üstün olan “Frayburq”, “Milan”, “Benfika”, “Olimpik” (Marsel, Fransa), “Sportinq” və “Roma” da 1/8 finala vəsiqə qazanıblar.

22 fevral

Frayburq (Almaniya) – Lans (Fransa) 3:2 (ilk oyun 0:0)
Qollar: Sallai, 67; 90+2. Qreqoriç, 99 – Da Kosta, 28. Vahi, 45+2.

Qarabağ (Azərbaycan) – Braqa (Portuqaliya) 2:3 (4:2)
Qollar: Mateus Silva, 102. Nəriman Axundzadə, 120+2 – Rocer Fernandes, 70. Alvaro Djalo, 83. Simon Banza, 115-pen.

Renn (Fransa) – Milan (İtaliya) 3:2 (0:3)
Qollar: Buriqe, 11; 54-pen; 68-pen – Yoviç, 22. Leao, 58.

Tuluza (Fransa) – Benfika (Portuqaliya) 0:0 (1:2)

Roma (İtaliya) – Feyenoord (Niderland) 1:1, penaltilər 4:2 (1:1)
Qollar: Pelleqrini, 15 – S.Ximenes, 5.

Sparta (Praqa, Çexiya) – Qalatasaray (Türkiyə) 4:1 (2:3)

Olimpik (Marsel, Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 3:1 (2:2)
Qollar: Obameyanq, 23. Sarr, 74. Kondoqbia, 81 – Sudakov, 12-pen.

Sportinq (Portuqaliya) – Yanq Boyz (İsveçrə) 1:1 (3:1)
Qollar: Qyokeres, 13 – Qanvula, 84-pen.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu