
Avropa Liqasında qrup mərhələsinin üçüncü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı H qrupunda "Molde" doğma meydanda "Hekken"i qəbul edib.
Qarşılaşma Norveç təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk qələbəsini qazanan "Molde" qrupda üçüncü pillədə qərarlaşıb. Bütün görüşlərdə uduzan "Hekken" isə sonuncu yerdədir.