“Gördüklərimdən utanıram, belə hal bir də təkrarlanmayacaq”

15 Aprel 2022 21:40 Avropa Liqası 3 552
“Gördüklərimdən utanıram, belə hal bir də təkrarlanmayacaq”

"Barselona"nın prezidenti Joan Laporta Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Ayntraxt" azarkeşlərinin "Kamp Nou"da çoxluq təşkil etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Laporta belə durumdan qəzəbləndiyini aşkar büruzə verib.

O, bunu biabırçılıq adlandırıb:

“Sadəcə, biabırçılıqdır. Gələcəkdə bunun təkrarlanmasının qarşısı alınmalıdır! Hələ ki, belə durumun niyə yarandığı ilə bağlı bizdə qismən məlumatlar var. Tam məlumat əldə edib təhlil aparmalıyıq.

Bu, utancvericidir. Biz bundan sonra bu məsələyə çox ciddi yanaşmalıyıq. Kataloniyalı olaraq gördüklərimdən utanıram.

Təəssüf edirəm ki, rəqibin bu qədər azarkeşinin stadionda olmasına verdik. Bu gün utandım. Tədbir görəcəyik və belə hal bir daha təkrarlanmayacaq”.

"Barselona" - "Ayntraxt" matçına alman klubunun 30 minə yaxın azarkeşi gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”