"Penaltilər seriyası lotoreya deyil, yaxşı başın olmalıdır"

27 May 2021 21:40 Avropa Liqası 1 385
"Penaltilər seriyası lotoreya deyil, yaxşı başın olmalıdır"

"Düşünürəm ki, futbolçular turnir ərzində güclü komanda ruhu sərgilədilər. Necə rəqabət aparacağımızı, qol vuracağımızı yaxşı bilirdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının finalında İngiltərənin "Mançester Yunayted" klubu üzərində qələbəni şərh edərkən deyib.

50 yaşlı mütəxəssis rəqibdən daha yaxşı təsir bağışladıqlarını bildirib: "Penaltilər seriyası lotoreya deyil, bu vəziyyətdə qol vura bilmək üçün yaxşı başın olmalıdır. Oyunçularım hər şeyi yüksək səviyyədə etdilər. Onlarla qürur duyuram".

Həlledici matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.

Burada daha dəqiq oynayan (11:10) "sarı sualtı qayıq" titula sahib çıxıb. Emeri 4-cü dəfə Avropa Liqasını qazanaraq, mütləq rekorda imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda