“Problem yoxdur, bəxt tərəfimizdə olmadı, irəli getmək lazımdır”

7 Mart 2025 01:00 Araz-Naxçıvan 721
“Problem yoxdur, bəxt tərəfimizdə olmadı, irəli getmək lazımdır”

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avram Premyer Liqanın 25-ci turunda “Sabah”a qarşı keçirilən oyun (2:2) haqda sualları cavablandırıb.

- “Sabah”la bərabərə qaldınız. 2:2-lik heç-heçəni necə şərh edərdiniz?

- Çətin, maraqlı oyun oldu. Meydanda gərgin mübarizə getdi. Sona qədər təslim olmadıq. Matçın gedişində iki dəfə hesabda geri düşsək də, sona qədər yaxşı çıxış etdik. Bir qədər şansımız gətirsəydi, üçüncü qolu da vura bilərdik.

- Nəticəni ədalətli saymaq mümkündür?

- Heç bir halda məğlubiyyətə layiq deyildik. Təbii ki, qalib gəlsəydik, daha əla olardı.

- Bəs üçüncü qolu vurmaq üçün nə çatışmadı?

- Hər hansı problem yoxdur. Düşünürəm ki, sonda bəxt tərəfimizdə olmadı ki, üçüncü qolu vuraq. Heç-heçəni qəbul etmək və irəli getmək lazımdır.

- Siz “Sabah”la oyuna çıxarkən artıq məlum idi ki, “Zirə” Tovuzda qələbə qazanıb və turnir cədvəlində 3 xal önə keçib. Bu məqam üzərinizdə təzyiq yaradırdı?

- Öz adımdan deyə bilərəm ki, nəticədən məlumatsız idim. Yalnız öz matçımıza kökləmişdim. Qarşılaşmadan sonra Tovuzdakı nəticədən xəbər tutdum. Oyun günü digər rəqiblərin çıxışı məni maraqlandırmır.

- Qarşıdan “Qarabağ”la oyun gəlir. Hansı ki, həm də kubokun yarımfinalında rəqibinizdir...

- Hələlik yalnız çempionat oyunu barədə düşünməliyik. Kuboka vaxt var. İndi ilk növbədə bərpa olmaq və hazırlaşmaq lazımdır. Əlimizdən gələni etməiliyik ki, qarşıdakı matçda da uğur qazanaq.

- Dünən Moldova millisinin heyəti açıqlandı və “25-lik”də sizə də varsınız. Təəssüratlarınız necədir?

- Hər zaman milliyə dəvət aldığım üçün sevinirəm. Fəxr edirəm ki, ölkəmin şərəfini qoruyuram. Milli komandaya dəvət almaq hər bir futbolçu kimi mənə də müsbət impulslar verir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır