
“Araz-Naxçıvan”ın planları dəyişib.
Komanda mövsümün son ev oyunlarını Naxçıvanda keçirə bilməyəcək.
Muxtar respublika təmsilçisi hazırda sənədləşmə işləri aparır. Arenada işə başlamaq sənədləşmə prosesindən asılıdır.
Bunun nə vaxt yekunlaşacağı da artıq məlumdur - qarşıdakı günlərdə. Martın sonu, aprelin əvvəlində isə burada ciddi yenidənqurma işlərinə start veriləcək.
Bu mövsümdən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” ev oyunlarını Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirir.
SPORTİNFO.AZ