COP29

Premyer Liqa klubunun rəhbərliyi məşqçinin "qələmini qırdı" – SON DƏQİQƏ

4 İyun 13:00 Araz-Naxçıvan 6 073
Premyer Liqa klubunun rəhbərliyi məşqçinin "qələmini qırdı" – SON DƏQİQƏ

«Araz Naxçıvan»ın məşqçilər korpusunda daha bir gözlənilməz ayrılıq yaşanıb.

Vadar Nuriyev və Rail Məlikovla bahəm, Xaqani Məmmədov da əsas komandada iş yerini itirib.

Əgər ilk iki məşqçi Elmar Baxşıyev tərəfindən buradan uzaqlaşdırılıbsa, sonuncunun göndərilməsi barədə qərar rəhbərliyə məxsusdur.

X.Məmmədov iki il «Qəbələ»də çalışıb. E.Baxşıyev Muxtar Respublika təmsilçisinin sükanı arxasına keçəndən sonra onu da özüylə bura gətirib.

Bugünlərdə nə baş veribsə, klub idarəçiləri digər məşqçilərdən fərqli olaraq, Məmmədovun 2 aylıq müqavilə müddətini uzatmaq istəməyib.

Baxşıyev yardımçısının düşərgədən kənarlaşdırılmasına öncə mane olmağa çalışıb. Yalnız rəsmilərlə görüşərək bəzi məlumatlar əldə edincə, fikindən vaz keçib, yumşalmaq məcburiyyətində qalıb.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?