Ermənilər bu rayonda böyük idman obyektini dağıtdı - FOTOLAR

29 Oktyabr 2020 14:08 Araşdırma 412
Ermənilər bu rayonda böyük idman obyektini dağıtdı - FOTOLAR

Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağıdılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - paylaşımda bildirilib.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Digər Xəbərlər
Xəbər Lenti