Ölkəmizdə pensiya və maaşların verilmə tarixi dəyişir?

14 Mart 07:40 Araşdırma 8 985
Ölkəmizdə pensiya və maaşların verilmə tarixi dəyişir?

Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin işini asanlaşdırdı.

Lakin bu addımın başqa tərəfi də var.

Əgər növbəti ay ödənişlər yenidən köhnə tarixlərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün vəsait almaya bilərlər. Bu isə xüsusilə pensiya və müavinətlə dolanan ailələr üçün çətinlik yaradacaq.

Bəs bu riski azaltmaq üçün pensiya və müavinətlərin ödəniş tarixini daha erkən vaxta keçirmək mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, hökumət bayram ərəfəsində insanların alış-verişi əvvəlcədən planlaşdıra bilməsi üçün pensiyaların daha erkən ödənilməsinə qərar verir:

“Bu, düzgün və məqsədəuyğun addımdır. İnsanlar bayrama hazırlaşmaq üçün ərzaq və digər zəruri məhsulları əvvəlcədən ala bilirlər. Bəzən qiymət artımı da müşahidə olunur və vətəndaşlar ehtiyaclarını daha erkən təmin etmək imkanı qazanırlar.

Digər tərəfdən, hər bir insan şəxsi büdcəsini düzgün idarə etməlidir. Pensiya və ya müavinəti daha tez alan şəxs növbəti ödənişə qədər müddətin bir qədər uzun ola biləcəyini nəzərə almalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş