Diqqətlo olun - Bu əlamət ağır xəstəliyin xəbərçisidir

14 Mart 07:30 Araşdırma 785
Diqqətlo olun - Bu əlamət ağır xəstəliyin xəbərçisidir

Sidik ifrazında bəzi kiçik dəyişikliklər ciddi sağlamlıq problemlərindən xəbər verə bilər.

Uroloq Vannita Simma-Çianq və Aksa Xan bu barədə "The Guardian" nəşrinə mühüm açıqlamalar veriblər.

Rəngin dəyişməsi problemlərin ilk əlamətlərindən biri hesab olunur. Həkim qeyd edir ki sidiyin həddindən artıq tünd rəngdə olması susuzluqla bağlıdır. Lakin qan izlərinin görünməsi sidik-cinsiyyət sistemindəki daha ciddi xəstəliklərin göstəricisidir.

Simma-Çianq həmçinin tez-tez tualetə getmək və ya bu proses zamanı ağrı hiss etmək kimi hallara qarşı diqqətli olmağı məsləhət görür. Onun sözlərinə görə sidik ifrazı zamanı həddindən artıq gücənmək bədəndə baş verən pozuntuların siqnalıdır.

Aksa Xan isə tualetə getməyi uzun müddət təxirə salmaq vərdişinin fəsadlarından danışıb. O bildirib ki mütəmadi olaraq sidik saxlamaq sidik kisəsinin siqnallarını zəiflədir. Bu vəziyyət gələcəkdə infeksiya riskini kəskin şəkildə artırır.//Demokrat.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş