"Sabah"la "Qarabağ"a bu dəfə daha ağır cəza və cərimə kəsdilər

11 Mart 16:20 Araşdırma 1 806
"Sabah"la "Qarabağ"a bu dəfə daha ağır cəza və cərimə kəsdilər

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22 və 23-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Komitə 22-ci turun "Qarabağ" - "Sabah" oyunundakı qalmaqal və hadisələrlə bağlı qərarlarını da açıqlayıb.

Görüşdə “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəzalandırılıb, klubu 15000 manat cərimə edilib.

Qərarda qeyd edilib ki, eyni matçda “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə hər biri 6 oyunluq cəza alıb, Ağdam təmsilçisi ümumən 12 min manat cərimələnib.

Daha əvvəl AFFA İntizam Komitəsi bu məsələyə dair heç bir qərar verməmiş, yalnlz məsələdə mediada gündəmə gətirildikdən sonra komitə qərara yenidən baxılacağını açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş