Azərbaycan futbolunda gündəm yaradan hadisə - Bunları ilk dəfə eşidəcəksiz!

11:40 Araşdırma 139
Azərbaycan futbolunda gündəm yaradan hadisə - Bunları ilk dəfə eşidəcəksiz!

II Liqanın 17-ci turunun dünən keçirilməli olan "Şəmkir" - "Xankəndi" matçının baş tutmaması ciddi rezonans doğurub.

Buna səbəb hər iki tərəfin oxşar rəngdə geyimdən istifadə etməsidir.

Qonaqlar səfərə ağ və göy formayla yollanıbsa, meydan yiyələrində ağ forma olub. Belədə baş hakim Kamran Əliyev «Xankəndi»dən başqa rəngdə gyeim tapmalarını istəyib.

Odur ki, 15:00-da başlamalı olan qarşılaşmanın start saatı iki dəfə irəli çəkilib. Öncə 15:40-a təyin edilib, ardınca 16:30-ə.

Çempionatın lideri 16:15-də «Barselona»nın formasına oxşayan geyim taparaq, yaşıl sahəyə ayaq basıb. «Şəmkir»lilər isə paltardəyişmə otağının yolunu tutub və bir daha geri qayıtmayıb.

Peşəkar Futbol Liqası (PFL) olayla əlaqədar açıqlma yayıb. PFL elan edib ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir.

PFL “Şəmkir”in həm reqlament qaydalarına əməl etməməsini, həm də problemin həlli üçün göstərilən bütün səylərə baxmayaraq, oyuna çıxmaqdan imtinasını ciddi səhlənkarlıq və Azərbaycan futbolunun maraqlarına zidd hərəkət kimi qiymətləndirib:

"İlk növbədə bildiririk ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir.

Qaydalara əsasən, meydan sahibi komanda istifadə edəcəyi formanı əvvəlcədən müvafiq qurumlara və rəqib komandaya göndərməlidir, bu oyundan ən gec iki gün öncə saat 16:00-dək olmalıdır. Qonaq komanda isə məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir.

Təəssüf ki, “Şəmkir” Əsasnamənin tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib. İlk problem də məhz bu səbəbdən yaranıb.

Oyundan əvvəl hakimlər və komandalar formalar arasında oxşarlıq olduğunu müəyyən edərək, bu barədə məlumat veriblər. Bundan sonra PFL tərəfindən məsələ operativ şəkildə araşdırılıb.

“Şəmkir” PFL-ə bildirib ki, onların hazırda cəmi bir oyun forması mövcuddur və ikinci forma bu və ya digər səbəbdən təqdim edilməyib.

Qonaq komanda olan “Xankəndi” isə əvvəlcədən hazırladığı formaya baxmayaraq, oyunun keçirilməsi naminə hakimlərin və AFFA nümayəndəsinin tələblərini yerinə yetirərək formasını dəyişib.

Lakin hakimlər bu variantı da uyğun hesab etməyib və oyunun gedişində problemlər yarana biləcəyini bildiriblər.

Məsələ uzandıqca PFL tərəfindən həm hakimlərə, həm də hər iki komandaya bildirilib ki, görüş saat 16:30-a təyin olunub və bu vaxt gün batımı, həmçinin oyunun qaranlığa düşməməsi nəzərə alınaraq seçilib. PFL alternativ variantlardan istifadə etməyə çalışıb.

İlk növbədə “Şəmkir” ilə danışıqlar aparılıb və onlara alternativ formaların əldə edilməsi təklif olunub. Lakin klub bu təkliflə razılaşmayıb.

Ümumiyyətlə "Şəmkir" ev sahibi olmasına baxmayaraq, problemin həlli üçün hər hansı bir variantlar belə təklif etməyib.

Eyni zamanda, qonaq komanda olan “Xankəndi“ Əsasnaməyə görə problemin yaranmasına məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in tələblərini yerinə yetirərək, Azərbaycan futbolunun maraqları naminə alternativ forma tapmağa nail olub.

Nəticədə saat 16:15 radələrində oyunun keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb və komandalar bu barədə AFFA nümayəndəsi tərəfindən məlumatlandırılıb. Buna baxmayaraq, “Şəmkir” oyuna çıxmaqdan imtina edib.

Qeyd edirik ki, PFL yaranmış vəziyyətlə bağlı üzərinə düşən bütün addımları atıb. Problem məlum olduqdan dərhal sonra məsələ onlayn formatda təcili iclasda müzakirə olunub və oyunun keçirilməsi üçün bütün mümkün imkanlardan istifadə edilib.

Bildiririk ki, Əsasnamənin 13-cü maddəsində qeyd olunduğu kimi, oyunun əsas təşkilatçısı AFFA nümayəndəsidir. AFFA nümayəndəsinin oyundan öncə, oyun zamanı, oyundan sonra tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir.

"Şəmkir"in səhlənkarlığı ilə bağlı yaranmış bu vəziyyəti nümayəndə 30 dəqiqədən sonra da protokolu bağlayaraq yekunlaşdıra bilərdi.

Amma liqanın bütövlüyü və futbol rəhbər tutularaq, sırf "Şəmkir"in səhlənkarlığının aradan qaldırılması üçün bütün rəsmilər, PFL və "Xankəndi" müvafiq addımlar atırdı.

"Şəmkir"in simasında bütün klublara səslənərək bildiririk ki, oyunların təşkili ilə bağlı bütüb qaydalar müvafiq yarış Əsasnamələrində detallı şəkildə qeyd olunub.

Onlardan qaydaları tam oxumaları və riayət etmələri xahiş olunur ki, gələcəkdə belə problemlər yaşanmasın".

Bu bəyanat şübhə yeri qoymur ki, AFFA İntizam Komitəsi növbəti iclasında «Şəmkir»ə 0:3 hesablı texniki məğlubiyyət verəcək, həmçinin klubu böyük miqdarda cərimələyəcək.

Saytımız olay ətrafında müəyyən araşdırma aparıb.

Nəticədə redaksiyamıza məlum olub ki, ev sahibləri yalnız matçın startından 2 saat öncə geyinəcəyi formanın rəngi barədə qarşı tərəfi məlumatlandırıb. Bunu təqdim etdiyimiz «skrin»dən də görə bilərsiz.

«Şəmkir», adətən, ev oyunlarında çubuqlu qırmızı-ağ formadan istifadə edir. Bu rəngdə olan geyim dəstlərindən bir neçəsi yararsız hala düşdüyündən, qərb klubu Bakıda yerləşən atelyelərdən birinə yeni formalar sifariş verib. Onların hazırlanması isə bir neçə gün vaxt alacaq.

«Xankəndi» rəsmiləri «Barselona»nın formalarına oxşar formaları Şəmkirdə fəaliyyət göstərən alış-veriş mərkəzindən alıb.

Bunun üçün 250-300 manat civarında bir məbləğ ödəyiblər. Sadəcə, formaların arxasına nömrə yazmağa vaxt çatdırmayıblar. Bu üzdən, təklif ediblər ki, komandaları meydana «nakitka» ilə çıxsın. Di gəl, referi Kamran Əliyev razılıq verməyib.

«Şəmkir»in oyunun 16:30-da start götürməsinə etiraz etməsi isə hardasa anlaşılandır. Əgər qarşılaşma o saatda başlasaydı, final fiti 18:30-dən tez səslənməyəcəkdi.

Bu vaxt isə hava artıq qaranlıqlaşacaqdı. Matçın son bölümünün projektor altında keçirilməsi əvvəl mümkün ola bilərdi, indi isə yox.

Çünki bir neçə ay öncə Şəmkir Olimpiya Kompleksində böyük oğurluq hadisəsi baş verib. Arenanın işıqlandırma sistemitnə bağlı kabel xətti oğurlanıb.

300 metr uzunluğunda kabellərin yoxa çıxması nəticəsində idman qurğusuna 10 min manatın üstündə ziyan dəyib.

SPORTİNFO.AZ

Sayadov qızıl medal əldə etdi -

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti